7 C
Baku
Thursday, December 12, 2024

Həsənov əsas maneə ADIF olduğunu deyir: “Pullarınızı 2021-ci ildən tez ala bilməyəcəksiniz”

“Bank Standard” QSC-nin ləğv edilməsinə başlanandan onun bir dənə də olsun əmlakı satılmayıb”.

Bunu Bankın Kreditorlar Komitəsinin (KK) sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

Qeyd edək ki, bu gün Komitənin növbəti iclası keçirilir. Ə. Həsənovun sözlərinə görə, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Bank Standard”a məxsus əmlakların saxlanılmasına rübdə 40 min manat, yəni ildə 160 min manat sərf edir.

“Ümumilikdə isə Bankın ləğv prosesinə ildə 3 milyon manat xərclənir. Bəzən mənə deyirlər ki, “Bank Standard”ın əmlaklarının satılması üçün sədrlikdən çıxmağımı gözləyirlər”, – deyə o, qeyd edib.

Ə.Həsənov ADIF-ə qarşı əlavə ittihamlar da səsləndirib: “Kreditorlar Komitəsi “Bank Standard”ın bu ilin I rübünün yekunu üzrə maliyyə hesabatını əldə etmək üçün Fonda müraciət edib. Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin imzası ilə daxil olan məktubda bildirilir ki, hesabat məhkəməyə təsdiq üçün göndərilib və təsdiqləndikdən sonra Komitə onu məhkəmədən əldə edə bilər. Bankdakı əmanətçilərin pullarının qaytarılmamasına əsas maneə ADIF-dir. Mən sizi buna əmin edirəm və deyirəm ki, pullarınızı 2021-ci ildən tez ala bilməyəcəksiniz”.

Hüquqşünas bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatasını da ittiham edib: “Palata və ADIF bir-birinin işini ört-basdır edir”.

Ə.Həsənov Kreditorlar Komitəsi daxilində də problemlərin olduğunu və bu səbəbdən istefa vermək istədiyini də qeyd edib: “Bəzi kreditorlar mənimlə birgə prezidentə göndərilən imza atıb, amma digər tərəfdən müxalifət liderlərinə müraciət edirlər. Onlar da mənə zəng edib görüş istəyirlər. Təbii ki, mən belə görüşlərə getmirəm.

Üstəlik son zamanlar görürəm ki, aranızda fikir ayrılığı aranıb. Kimsə kimisə bəyənmir, Bu isə işimizə mane olur. Biz bir olmalıyıq. Aranıza nifaq salanlar Komitənin ləğv olunmasını istəyirlər”.

Report

Son xəbərlər
Digər xəbərlər