Rusiyanın “Azimut” aviaşirkəti 30 may tarixindən etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.
Banker.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək.
Həştərxandan (yerli vaxtla) uçuş saat 12:45-də, Bakıya eniş saat 14:10-da, əks istiqamətdə – Bakıdan uçuş saat 15:10-da, Həştərxana eniş saat 16:40-da yerinə yetiriləcək.
Əlavə rüsumlar nəzərə alınmadan bir istiqamətə biletin qiyməti 80 avrodan başlayır.
Qeyd edək ki, hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.