29 C
Baku
Wednesday, July 3, 2024

Həyat bir fincan qəhvə kimidir

Uğurlu karyera qurmuş bir qrup məzun öz keçmiş müəllimlərinin evinə qonaq gəlirlər. Təbii ki, tezliklə söhbət işdən düşür və məzunlar qarşılaşdığı həyati problem və çətinliklərdən şikayət etməyə başlayır. 

Öz qonaqlarına qəhvə içməyi təklif edən müəllim, mətbəxə keçir və sonra isə məcməyidə qəhvədan və onun ətrafına düzülmiş müxtəlif fincanlarla geri qayıdır. Bu fincanlar mərmər, şüşə, plastik və büllurdan hazırlanmışdı, həm bahalısı, həm sadəsi, həm də dəbdəbəlisi var idi.

Uşaqlar hərəyə bir fincan götürəndə, müəllim deyir: “Əgər fikir verdinizsə, bütün bahalı fincanlar götürülüb. Heç kəs ucuz və sadəcə fincanları seçməyib. Yalnız hər şeyin ən yaxşısını özünüzə götürmək istəyi elə sizin problemlərinizin mənbəyidir. Başa düşün ki, fincan özlüyündə qəhvənin dadının daha yaxşı olmasına təsir göstərmir.

Bəzən o sadəcə bahalıdır, bəzən isə hətta bizim nə içdiyimizi gizlədir. Sizin əslində istədiyiniz fincan deyil qəhvə idi. Amma siz şüurlu şəkildə ən baha fincanları seçdiniz.

Daha sonra isə kimin hansı fincanı seçdiyini gözdən keçirməyə başladınız.
İndi isə düşünün:

-Həyat qəhvə kimidir, iş, pullar, mövqe, cəmiyyət isə fincanlardır. Bu həmişə Həyatı qorumaq və ya qurmaq vasitələridir. Bizim hansı fincana sahib olmağımız, bizim Həyatımızın keyfiyyətini nə dəyişmir, nə də müəyyən etmir. Bəzən diqqətimizi fincana o qədər yönəldirik ki, qəhvəmizin dadından zövq almağı unuduruq”…

Son xəbərlər
Digər xəbərlər