1. Yer üzündə ən azı 2 nəfər insan var ki, onlara görə həyatından belə keçməyə hazırsan.
2. Ən azı 13 insan səni özünəməxsus şəkildə sevir.
3. Ola bilsin ki, kiminsə sənə nifrət etməsinin yeganə səbəbi –o, (həmin qadın və ya kişi) sənin kimi olmaq, sənə bənzəmək istəyir.
4. Sənin təbəssümün hətta səni bəyənməyən insanları belə xoşbəxt etməyə qadirdir.
5. Hər gecə yuxuya getməzdən öncə mütləq kimsə sənin haqqında düşünür.
6. Kimin üçünsə sən hər şey deməksən.
7. Hətta sən həyatda ən böyük səhvə yol versən belə, bunun özü də yaxşı bir şeyə səbəb olur, yeni başlanğıc yaranır.
8. Həmişə yadda saxla, həyat yeni bir şans verəndə, səndə mütləq alınacaq!
9. Həyatın səndən üz döndərdiyini düşündüyün anda, onda ona başqa bir rakursdan baxmağa çalış.
10. Həyat həddindən artıq qısadır ki, onu hər səhər məyusluq içində ayılmağa sərf edəsən.
11. Sənə qarşı düzgün olan və düzgün münasibət bəsləyən insanları sev, bunu etməyənləri isə unut və inan ki, heç nə səbəbsiz yerə baş vermir.
12. Əgər qarşına şans çıxırsa –ondan istifadə et! Əgər bu şans bütün həyatını dəyişirsə belə, bunun baş verməsinə icazə ver.
13. Heç kəs deməyib ki, bu asan olacaq. Onlar sadəcə vəd veriblər ki, bunu etməyə dəyər.