9 C
Baku
Friday, December 13, 2024

Həyat keyfiyyəti yüksək olan ölkələrin adları açıqlanıb

“Blid” tabloidi BMT-nin hesabatına əsasən yaşayış səviyyəsinə görə ölkələrin reytinqini hazırlayıb.

Siyahıya azadlıq, təhlükəsizlik, təhsil, səhiyyə və iqtisadi inkişafla əlaqəli meyarlara görə qiymətləndirilən 189 dövlət daxil edilmişdir.

Reytinqdə həyat keyfiyyətinə görə birinci yerdə Norveç, ikinci yerdə İsveç, üçüncü yerdə isə İrlandiyadır.

Dördüncü sıranı Almaniya və Hong-Kong alıb. İlk Top 10-luğa Avstraliya, İslandiya, İsveç, Sinqapur və Niderland daxil olmuşdur.

Reytinqin autsayderləri Burundi, Cənubi Sudan, Çad, Mərkəzi Afrika Respublikası və Niger olub. Hərbi münaqişələrin qeydə alındığı ölkələr – Suriya (154-cü yer), Yəmən (177-ci yer) aşağı mövqe tutublar.

Son xəbərlər
Digər xəbərlər