Mən ötən həftənin böyük bir hissəsini yolda keçirdim. Evə tez qayıtmağı həddindən çox arzuladığım üçün işlər başa çatan kimi, mən gecə təyyarəsi ilə (red-eye flight) San-Fransiskodan Nyu-Yorka yola düşməyə qərar verdim.
Səhər evə çatanda hələ saat 8:30 idi və mən dərhal işə – ofisə geri dönməli idim. Gecə ərində isə uçuş vaxtı cəmi beş saat yarı oyaq, yarı yuxulu yata bilmişdim.
Hələ günorta deyildi, mən isə özümü sanki cəhənnəmdəki kimi hiss edirdim. Yenidən əvvəlki kimi gümrah olmağım üçün mənə bütün həftə sonu vaxt lazım oldu.
Bizim canlı varlıq kimi ən fundamental ehtiyaclarımızdan biri enerjini sərf etmək və onu yenidən bərpa etməkdir. Lakin tələbatların qəddarcasına yüksəldiyi və gündəlik qayğıların artdığı bir zəmanədə bizlərdən əksəriyyəti lazımi qaydada bərpa etməli olduğundan qat-qat daha artıq zehni, emosional və fiziki enerji məsrəf edir. Ayaq üstə durmaq üçün zəruri olan psixoloji enerjinin bərpasına isə bundan da az diqqət yetirilir.
Sıravi amerikalı gecə cəmi 6,5 saat yatdığı halda, insanların əksəriyyətinin, yəni 95% əhalinin tam dincəlmək üçün ən azı 7-8 saatlıq gecə yuxusuna ehtiyacı var. Dahi ifaçılar, istər musiqiçi olsun, istərsə də idmançı, – bildirirlər ki, orta hesabla 8,5 saat gecə yuxusu yatırlar.
Məhz dərin və kifayət qədər davam edən yuxu ərzində bizim bədənimiz nəinki yenilənir və özünü enerji ilə təchiz edir, eyni zamanda öz qüvvəsini bərpa edir və böyüyür.
Bütün yuxular kömək edir. Mən gecə uçuşundan sonra günorta ofisdə az qala yıxıldığımı görəndə, yəni ayaq üstə güclə qalanda, bizim ofisdə məhz bu məqsədlə ayrılmış otaqda 30 dəqiqəlik yüngülcə mürgülədim. Mən demirəm ki, bu yuxu tamamilə mənim yorğunluğumu canımdan çıxardı, amma növbəti bir neçə saat ərzində özümü idarə edə bilməyimə güclü dəstək oldu.
Digər tərəfdən isə gündəlik idman məşqləri -xüsusi ağır məşqlər və həmçinin də müntəzəm idman məşğələləri –əksər insanlarda 30 yaşlarına çatarkən müşahidə olunun ruh düşkünlüyünü effektiv şəkildə ləngidə bilir. Bədənimizi psixoloji siqnallar ilə stimullaşdıraraq biz orqanizmin sağlamlığına şərait yarıdır, oturaq həyat tərzinə davam etdikdə biz onu zəifləməyə məhkum edirik. İstər-istəməz bunlardan biri baş verir, ikisinin arasında ortaq mövqe tutmaq isə mümkün deyil.
İdman həmçinin bizim qavrama funksiylarımıza və əhval ruhiyyəmizə də müsbət təsir göstərir. Əslində bizim hər birimiz hər gün və ən azından 45 dəqiqə ərzində idmanla məşğul olmalıyıq. Bura həmçinin həftədə iki dəfə güclənmək üçün nəzərdə tutulan məşğələlər də daxildir. Lakin, biz bu deyilənlərə nə qədər düzgün riayət edirik? Statistika göstərir ki, amerikalıların yarısından da az miqdarı həftədə hətta üç dəfə olmaqla, gündə cəmi 30 dəqiqə idmanla məşğul olur.
Biz özümüzə o vaxt daha yaxşı qulluq etmiş olaraq ki, fəallıq və istirahət arasında, həmçinin əzmkarlıq və bərpa olunma arasında tarazlıq yarada bilək.
Sadəcə əzələ haqqında düşünün. Əgər çox gözəl bədən quruluşuna malik olmaq istəyirsinizsə, siz çox nazik mikro siqnallar vasitəsi ilə bunu beyinə ötürmüş olursunuz. Beyində öz növbəsində belə nəticəyə gəlir ki, sonrakı məşqin öhdəsindən gəlmək üçün sizin daha çox əzələ toxumasına ehtiyacınız var.
Məhz istirahət və yenilənmə müddəti ərzində əzələ böyüməsi prosesi həqiqətən də müşahidə olunur. Özünü çox uzun müddət ərzində və çox ağır tapşırıqlarla yükləmək ilə, sən bilmədən əzələni zədələyə bilərsən. ümumiyyətlə əzələni yükləməsən isə, o getdikcə, yavaş-yavaş nazikləşəcək. Əgər siz otuz yaşdan yuxarısınızsa, ildə təxminən yarım funt nazik əzələ kütləsi itirəcəksiniz.
Optimal sağlamlığın və səmərəliliyin sirri isə həyatını daha çoxlu ritmik axınlara bölməkdir-yəni gördüyün hər bir işdə tarazlığı qorumaq lazımdır. Məsələn, yüksək gərginlikli intensiv fitnes məşğələlərindən sonra özünə çox qısa müddətli fasilələr vermək ürək üçün çox faciəvi fəsadlar ilə yekunlaşa bilər.
İdmandan sonra verəcəyiniz fasilə nə qədər böyük olarsa, ürək döyüntülərinizin tezliyi bir o qədər yüksək olar, siz özünüzü nə qədər dərindən bərpa edə bilsəniz, bir o qədər sağlam olar və zamanın dəyişkən tələbatlarına bir o qədər hazırlıqlı və uyuşqan ola bilərsiniz.
Eyni ritmik hərəkətlər bizə bütün gün ərzində xidmət edir, lakin buna baxmayaraq insanlar getdikcə daha çox monoton yaşayır və oturaq həyat tərzlərinə üstünlük verirlər. Biz elektron poçtdan istifadə edir, bir məktubdan digərinə, bir görüşdən digərinə gedir və demək olar ki heç vaxt əsl hərəkətdə olmur, zehni və emosional dincəlməyə vaxt ayırmırıq
Hətta çox balaca məqsədli bərpa etmə uzun müddət sizə kömək edə bilər. Məsələn, qan dövranını kortisoldan təmizləmək üçün bir dəqiqə ərzində üç qədər sayaraq dərindən nəfəs alıb, altı sayında isə nəfəsi buraxmaq lazımdır. Bunu elə indi sınaqdan keçirin və onun sizin durumunuza necə təsir etdiyini özünüz yoxlaya biləcəksiniz.
Nə qədər paradoksal səslənsə də, işdə düzgün fəaliyyət göstərməyin ən effektiv yolu qısa məsafəyə qaçış həyata keçirən idmançıların texnikasından istifadə etməkdir – beyində görəcəyiniz işləri 90 dəqiqəlik intervallara bölmək, bütün fikrini öz işin üzərində cəmləmək və hər bir intervaldan sonra fasilə etmək tələb olunur. Yalnız bu halda siz iş müddətində həqiqətən işləyə, istirahət müddətində isə enerjinizi yenidən toplaya biləcəksiniz.
Həyatı ritmik axınlara bölmək, qısa müddət ərzində onda daha yaxşı hazırlıqlı olmağın əsas sirridir, həmçinin bu zaman sizin həyat keyfiyyətiniz daha davamlı və stabil yaxşı olacaqdır.