“Meqa Həyat” ASC 2025-ci ilin ilk 9 ayını təxminən 2.43 milyon manat xalis mənfəətlə tamamlayıb. Halbuki, öncəki ildə 1.19 milyon manat xalis mənfəət olmuşdu və bu da illik 2 dəfə artıb.
Banker.az xəbər verir ki, həyat sığortası şirkətinin ümumi gəlirləri 5.38 milyon manatdan 12.59 milyon manata qalxıb — artım 7.2 milyon manat və ya təxminən 134% təşkil edib. Əsas əməliyyat gəlirləri 7.01 milyon manatdan 12.51 milyon manata yüksələrək təxminən 78% artım göstərib. İnvestisiya gəlirləri 1.67 milyon manatdan 2.81 milyon manata artıb ( illik 69% artım). Xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə xərc yükünün azalması şirkətin nəticələrinə əlavə müsbət təsir edib: bu göstərici 3.31 milyon manatdan 2.74 milyon manata düşüb.
Ümumi xərclər 3.89 milyon manatdan 9.55 milyon manata yüksəlib (təxminən 146% artım). Əsas əməliyyat xərcləri 1.39 milyon manatdan 5.25 milyon manata qalxaraq 3.8 dəfə artıb. İşlərin aparılması xərcləri 2.50 milyon manatdan 4.30 milyon manata yüksələrək təxminən 72% artım göstərib.
“Meqa Həyat”ın maliyyə mənfəəti 1.49 milyon manatdan 3.03 milyon manata qalxaraq təxminən 2 dəfə artım nümayiş etdirib. Mənfəət vergisi də 298 min manatdan 606 min manata yüksəlib, bu da 103% artım deməkdir.







