Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyat sığortası üzrə 36 milyon 191 min manat sığorta haqqı toplanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həyat sığortası üzrə sığorta haqqı illik müqayisədə 3 milyon 153 min manat çoxdur.
Eyni zamanda, həyat sığortası üzrə şirkətlər tərəfindən hesabat dövründə 50 milyon 727 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 milyon 861 min manat artım deməkdir.
İlk iki ayda qeyri-həyat sığortası üzrə isə 81 milyon 556 min manat sığorta haqqı toplanıb. Toplanan sığorta haqqı illik müqayisədə 8 milyon 871 min manat azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 3 milyon 50 min manat artıb. Bu dövrdə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 16 milyon 383 min manat olub.