2025-ci ildə həyat sığortası üzrə sığorta haqları 751,49 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 16,7% artım deməkdir.
Banker.az xəbər verir ki, eyni dövrdə sığorta ödənişləri 636,98 milyon manat olub və əvvəlki ilə nisbətən 33,3% yüksəliş göstərir.
Zərərlilik nisbətinə baxdıqda, ödənişlərin haqlara nisbəti 84,8% təşkil edib ki, bu da yüksək risk göstəricisi kimi qiymətləndirilir. Bu, 2024-cü ildə 77,6% idi.
Həyat sığortasının növlərinə baxdıqda, 2025-ci ildə həyatın yaşam sığortası üzrə haqlar 701,00 milyon manat, ödənişlər 631,55 milyon manat olub.
Ölüm halından sığorta üzrə haqlar 38,30 milyon manat, ödənişlər 3,43 milyon manat təşkil edib. Əmək qabiliyyətinin sığortası üzrə haqlar 4,32 milyon manat, ödənişlər 0,48 milyon manat, sağalmaz xəstəliklərdən sığorta üzrə isə haqlar 7,86 milyon manat, ödənişlər 1,52 milyon manat olub.
Son dörd ilin nəzər saldıqda, 2022-ci ildə həyat sığortası üzrə haqlar 425,09 milyon manat, ödənişlər 244,71 milyon manat olub. 2023-cü ildə haqlar 545,20 milyon manat, ödənişlər 294,79 milyon manat səviyyəsinə yüksəlib. 2024-cü ildə haqlar 643,84 milyon manat, ödənişlər 477,47 milyon manat olub.
Beləliklə, həm haqlar, həm də ödənişlər üzrə davamlı artım müşahidə olunur, zərərlilik nisbəti isə son dörd ildə 57,6%-dən 84,8%-ə qədər yüksələrək daha yüksək risk səviyyəsini göstərir.





