6 C
Baku
Sunday, December 15, 2024

Həyat sığortası ödənişləri 23 milyon manat artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 24 faizi və ya 91,75 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb.

Banker.az saytı Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, həyat sığortasındakı yığımların 53 faizi və ya 48,6 milyon manatı həyatın yaşam sığortasının, 30 faizi və ya 27,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,6 faizi və ya 15,3 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 343 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin 11 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği 26,8 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,7 faizi olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon manat və ya 7,6 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər