Həyatın yığım sığortası ilə bağlı məhdudiyyət sığorta haqlarının azalmasına səbəb olub.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-may aylarına olan hesabatında deyilir.
Hesabata görə ilin ilk 5 ayı rəzində 92,94 mln. manatlıq sığorta haqqı, 30,14 mln. manat isə sığorta ödənişi həyata keçirilib.
Həyat sığortası üzrə haqlar 208-ci ilin ilk 5 ayı ilə müqayisədə bu il 33%, sığorta ödənişləri isə 19% az olub.
Xatırladaq ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.
Həyat sığortası üzrə, o cümlədən: |
Sığorta haqları |
Sığorta ödənişləri |
Sığorta haqları |
Sığorta ödənişləri |
Cəmi |
92,940.5 |
30,136.0 |
-33% |
-19% |
– həyatın yaşam sığortası |
73,035.5 |
29,619.2 |
-36% |
-19% |
– həyatın ölüm halından sığortası |
18,187.5 |
516.8 |
-22% |
-16% |
– əmək qabiliyyətinin sığortası |
1,651.4 |
0.0 |
22% |
|
– sağalmaz xəstəliklərdən sığorta |
66.1 |
0.0 |
105% |
|
– annuitet sığortası |
0.0 |
0.0 |