23 C
Baku
Monday, September 16, 2024

Həyata keçmiş fantastik fikirlər

Fantastik üslubda yazan yazıçılar yeni ideyalar düşününcə və britaniyalı alimlərin onları həyata keçirməyin yollar axtarınca əsl praktikada həmin ideyalar tətbiq olunur.

Biz sizə bu məqalədə bir zaman ağlasığmaz, lakin bugünkü gündə həyata keçmiş ideyaları təqdim edirik.

1. İflic olmuş qadın şüur gücü ilə robot protezini idarə edir

Amerikada Pittsburq universitetində neyrobiologiya bölməsində əməkdaşlar 13 ay ərzində 52 yaşlı bir qadın – Cen Şoyermann  üçün robotlaşmış əl yaratmışdılar. Qadının beyninə 96 kanallı mikro elektrod yerləşdirirlər. Artıq ikinci gün Cen “əlini” idarə etməyə cəhd göstərirdi, 13 aydan sonra isə onu tamamilə idarə edirdi.

2. Hərbi robot maneələri aşkarlayıb dəf edir

Kibernetik bir orqanizm yaradılıb.

3. Genetik cəhətdən modifikasiyalara uğramış ipək poladdan daha bərk çıxdı

Vayominq universitetində alimlər ipəkqurdunun sürfələrini dəyişiklikliyə məruz qoyurlar və nəticədə poladdan bərk ipək alırlar. Yeni material tibbdə və hərbidə istifadə olunacaq.

4. DNT-nin şəklini çəkmək mümkün olub

İtaliyada, Genuiynin texnoloji institutundan olan Enso di Fabrisio elektron mikroskop vasitəsi ilə DNT-nin spiralını çəkməyi bacarmışdı.

5. Gözə görünməzlik texnologiyası inkişaf edir

Kanadanın HyperStealth Biotechnology yeni “Kvantlı Gözə görünməzlik” (Quantum Stealth) materialının protoripini təqdim edib. O, işıq şualarını insanlardan, batareyasız əşyalardan, güzgülərdən və video kameralardan əks olunmamağa məcbur edir.

6. Dərinin bitməsi üçün sprey

Avita Medical şirkəti yanıqlardan əziyyət çəkmiş insanlar üçün ReCell texnologiyasını işləmişdir. Pasientin dərisindən bir parça götürülür və donuzlardan alınmış fermentlər ilə qarışdırılır və sprey hazırlanır. Həmin sprey yanmış nahələrə sürtülür. Spreyin zərrəcikləri genişlənərək yaranın üstünü örtürlər.

7. Məşhur rejissor Ceyms Kemeron tək başına okeanın ən dərin nöqtəsinə çatmışdı

8. Sürücüsüz avtomobillərə amerikanın 3 ştatının küçələrində getməyə icazə verilib

Google şirkəti 2012-ci ilin əvvəlində sürücüsüz avtomobillərin sınağına başlayır. Mayda Nevada ştatının idarəedici orqanları küçələrdə bu avtomobillərin gedişinə icazə verirlər.

Daha sonra bu ştata Florida və Kaliforniya ştatları da qoşulurlar.

9. “Voyacer 1” Günəş sisteminin sərhədini tərk edib

Planetlərarası stansiya “Voyacer 1” 1977-ci ildə buraxılmışdı və Günəş sisteminin sərhədini aşan ilk süni obyekt olmuşdu.

10. Embrionlardan təbiətdə mövcud olmayan hibridlər becərdiblər

Alimlər altı fərqli embrionları birləşdirərək meymunlar üzərində tədqiqat aparmışdılar. Bu tədqiqatlar müxtəlif genlərin rollarını daha yaxşı başa düşməyə imkan yaradır və insan orqanizmində baş verən mutasiyaları başa düşməyə kömək edir.

Son xəbərlər
Digər xəbərlər