1 C
Baku
Saturday, December 14, 2024

Həyata obyektivdən baxış

®Fotoqrafla onun yaradıcılıq yolu, işə olan sevgisi və peşəkarlığında qadcetlərin rolu haqqında danışacağıq. Fotoqrafiya anı çəkmək və duyğuları kamera vasitəsilə çatdırmaq sənətidir. Bu gün biz vacib anları çəkmək və unudulmaz görüntülər yaratmaq üçün fotoqrafiya dünyasına qədəm qoyan peşəkarla söhbət edirik.

Fotoqrafiyanın bir çox sahələri var və hər bir fotoqraf öz üslubunu, mövzusunu seçə bilər. İstiqamətindən asılı olmayaraq, fotoqrafın texniki bacarığı, bədii zövqü və hər kadrda gözəlliyi, unikallığı görmək bacarığı olmalıdır.

Biz bu istedadlı fotoqrafın dünyasına baş vurmaqdan və onun təcrübəsini oxucularımızla bölüşməkdən məmnunuq.

Özünüz haqqında danışın.

Mənim hekayəm çox gülməli başlayıb. Əmim oğlu kameranı daşımaqda çətinlik çəkirdi. Hələ də yadımdadır ki, o Nikon aparatı işlədirdi. O, kameranı boynuma asdı, ondan sonra soruşdum ki, mən də çəkə bilərəm? “Əlbəttə” dedi. Qarşımda gördüyüm hər şeyi çəkdim, o qədər ilhamlanmışdım ki, bu hissləri indiyədək unuda bilmirəm. Sonra anladım ki, bu iş mənlikdir, o vaxtdan artıq 10 il keçib.

Peşəkar yolunuz.

Mən modadan ilham alırdım, həmişə Fashion fotoqraf olmaq istəmişəm. İki il bu istiqamətdə işlədim və başa düşdüm ki, fashion fotoqraflıq mənlikdir. Özümü başqa sahədə görmədim. Sintex şirkəti sayəsində özümə yol açdım, onlarla ilk fashion fotoqraf kimi portfoliomu topladım.

İdeal fotoqraf kimdir?

Məncə, ideal fotoqraf o insandır ki, nəinki yaxşı çəkiliş apara bilir, həm də müştəri ilə danışıq qabiliyyətinə malikdir, hər kəslə münasibət qurmağı bacarır.

Mənə görə ideal fotoqraf öz istiqaməti və öz üslubu olan insandır. Xarici fotoqrafların işlərini görürdüm və onlar mənə ideal görünürdü. Mən də eyni səviyyəyə qalxmağı xəyal edirdim və bütün işlərin MacBook-da edildiyini başa düşdüm. MacBook alanda kameranı sinxron kabel ilə MacBook-a bağladım. Kameradan çəkdiyim hər bir şəkli MacBook Pro-ya sinxronlaşdırdım və anladım ki, axtardığımı tapmışam. Budur aysberqin zirvəsi!

2 7

Hansı funksionallıq bu cihazları işinizdə əvəzolunmaz etdi?

Niyə məhz bu notbuku seçdiniz?

Könül rahatlığı ilə deyə bilərəm ki, Apple məhsulları insanın ən yaxşı dostudur.

Yüngül, daşına bilən, işimdə əvəzolunmazdır. MacBook Pro-nu hər yerə, istənilən çəkilişə götürə bilirəm.

Mən sərt disklərə etibar etmirəm. Apple isə hər şeyi buluda sinxronlaşdırır, istər iPad-dən, istərsə də telefondan daxil ola bilirəm. Hər şey hər zaman buluddadır.

Apple məhsullarını saatlarla tərifləyə bilərəm. Hətta zəng gələrkən əgər qulaqlıqdayamsa, o, avtomatik olaraq MacBook-dan iPhone-a keçir. Rəng korreksiyası, rəngin göstərilməsi, təbii rəng effekti, bütün bunlar Apple məhsullarında idealdır. Kameranız nə qədər mükəmməl olsa da, MacBook Pro-da olan rəng və işıq keyfiyyətini çatdıra bilmir.

3 5

Fotoqraf olmaq istəyənlərə nə məsləhət görərdiniz?

Bacardığınız qədər təcrübə edin, şəkil çəkin, digər fotoqrafların işindən ilhamlanın və müxtəlif üslubları araşdırın, yeni janrlara, imkanlara açıq olun və əlbəttə ki, yaradıcılıq ehtiyaclarınıza uyğun düzgün texnikanı seçdiyinizə diqqət yetirin.

1 7

Son xəbərlər
Digər xəbərlər