21 C
Baku
Saturday, September 28, 2024

Həyatda mütləq etməli olduğumuz şeylər

Hər bir insanın həyatı keşməkeşli dövrlər və xoşbəxt anlarla zəngindir. Lakin bununla belə bütün həyatımızı problemlərin həllinə yönəldərək ani sevinclərdən, anı yaşamaqdan məhrum olmaq lazımd eyil. Aşağıda sizə standart həyat təcrübəsindən çıxmaq üçün hər bir insanın öz həyatında mütləq etməli olduğu hərəkətləri təqdim edirik:

  1. Eyni gündə doğulduğunuz bir insanla tanış olmaq və onunla dostluq etmək.
  2. Yağışın altında çətirsiz gəzmək.
  3. Tənha gəzmək.
  4. Bir pələngin belini sığallamaq.
  5. Su üzərində axına əks qaçmaq.
  6. Günün batmasından zövq almaq.
  7. Bir neçə günü tənhalıqda keçirmək.
  8. Paraşutdan tullanmaq.
  9. Sevdiyiniz bir insanla birgə yaşamaq.
  10. Kiməsə nə isə qiymətli bir şey hədiyyə etmək.
  11. Bir neçə saat telefonla boş-boş danışmaq.
  12. Sevmək.
  13. Nifrət etmək.
  14. Meşədə azmaq.
  15. Çadırda gecələmək.
  16. Həyatı sevmək.
  17. Barmağınızın ucuna qonmuş kəpənəyə tamaşa etmək.
  18. Sevdiyiniz musiqinin sədaları altında yuxuya getmək.
  19. Ocaqda bişmiş kartof yemək.
  20. Aydın səmada ən parlaq ulduzları axtarmaq.
  21. Nə isə vacib bir şeyi unutmaq.
  22. Bütün günü kitab oxumaq.
  23. Gözləriniz yaşarana qədər gülmək.
  24. Bir filmə əvvəldən axıra qədər 5 dəfə baxmaq.
  25. Əlləriniz ağrıyana qədər əl çalmaq.
  26. Gücdən düşənə qədər rəqs etmək.
  27. Siqareti tərgitmək.
  28. Qumdan qala düzəltmək.
  29. Hər hansı filmdə axmaq bir səhvi tapmaq.
  30. Hər şeydən çox nifrət etdiyiniz bir şeyi sevin.
  31. Həyatınızı başdan ayağa dəyişmək.
  32. Özünüzə sevimli peşə tapmaq.
  33. Mərcdə udmaq.
  34. Yalın əllərlə gicitkan qoparmaq.
  35. Suyun ən dayaz olduğu yerdə üzməyə çalışmaq.
  36. Özünüzdə yaşamaq üçün güc tapmaq.
  37. İşığı yandırmadan bütün gecəni qaranlıqda keçirmək.
  38. Ümumiyyətlə tanımadığınız bir insanla telefonla danışmaq.
  39. Hər şeyi unudaraq, bütünlüklə mahnıya qapılmaq.
  40. Əcnəbi bir şəxslə ünsiyyətdə olmaq.
Son xəbərlər
Digər xəbərlər