6 C
Baku
Sunday, December 15, 2024

Həyatdan hadisə: Stiv Cobs və Voznyak

Bir dəfə Atari kompaniyası Stiv Cobsa plata üzərində yerləşən çiplərin sayını minimum səviyyəyə çatdırmağı təklif edir və sxemdən götürülməsi mümkün olan hər bir çipə görə 100 dollar məbləğində pul vəd edir. Stiv Cobs elektron plataların qurulmasından elə də yaxşı baş çıxarmırdı, ona görə də Voznyaka təklif edir ki, əgər o da bu işə qol qoysa, qazanılan məbləği yarı bölsünlər. 

Stiv Cobs 50 çip azaldılmış platanı sifarişçiyə təqdim edəndə Atari kompaniyası sözün əsl mənasında yaxşıca təəccüblənir. Voznyak elə bir sıx sxem yaratmışdı ki, həmin sxemi kütləvi istehsal zamanı yaratmaq qeyri mümkün idi. Onda Stiv Cobs Voznayaka deyir ki, Atari danışılan qədər deyil, cəmi 700 dollar verib ( əslində məbləğ 5000 idi), Voznyak isə öz növbəsində bu puldan yalnız 350 dollarını götürür.

Son xəbərlər
Digər xəbərlər