1. Güzgü prinsipi
Başqalarını mühakimə etməkdən öncə, özünə diqqət yetirmək lazımdır.
2. Ağrı prinsipi
Ağrı yaşayan insan özü də digərlərinə ağrı yaşadır.
3. Ali yol prinsipi
Biz o zaman daha yüksək səviyyəyə keçirik ki, başqaları ilə onların bizimlə rəftar etdiyindən daha yaxşı davranırıq.
4. Bumeranq prinsipi
Başqalarına kömək etməklə biz özümüzə kömək edirik.
5. Çəkic prinsipi
Heç zaman həmsöhbətinizin alnındakı milçəyi öldürmək üçün çəkicdən istifadə etməyin.
6. Mübadilə prinsipi
Digər insanları öz yerinə oturtmaq əvəzinə, biz özümüzü həmin inşaların yerinə qoymalıyıq.
7. Təlim prinsipi
Həyat boyu rastımıza çıxan hər bir insan potensial etibarı ilə bizə nəyisə öyrətməyə qadirdir.
8. Xarizma prinsipi
İnsanlar o insana qarşı maraq nümayiş etdirir ki, həmin insanın onlar ilə maraqlandığını hiss edir.
9. 10 bal prinsipi
İnsanların yaxşı keyfiyyətlərinə inam, adətən həmin insanları məhz öz yaxşı keyfiyyətlərini nümayiş etdirməyə sövq edir.
10. Qarşıdurma prinsipi
Əvvəlcə insanlar qeydinə qalmaq, onların qayğısını çəkmək, yalnız budan sonra qarşıdurmaya keçmək lazımdır.
11. Daş qaya prinsipi
Etibar –istənilən qarşılıqlı münasibətlərin təməl daşıdır.
12. Lift prinsipi
Qarşılıqlı münasibətlər prosesində biz insanları göylərə ucalda, həmçinin yerlərə endirə bilərik.
13. Situasiya prinsipi
Heç zaman yol verməyin ki, situasiya sizin üçün qarşılıqlı münasibətlərdən daha çox önəm kəsb etsin.
14. Bob prinsipi
Əgər Bobun hamı ilə problemi varsa, bu o deməkdir ki, bir qayda olaraq əsas problem Bob özüdür.
15. Əlçatanlıq prinsipi
Özümüzə qarşı yanaşmada rahatlıq və asanlıq, başqalarının da bizimlə rahata və asan münasibət qurmasına səbəb olar.
16. Səngər prinsipi
Mübarizəyə hazırlaşarkən, özünə elə bir səngər qaz ki, orada dostun da yerləşə bilsin.
17. Əkinçilik prinsipi
Bütün qarşılıqlı münasibətləri becərmək, onlara qulluq etmək lazımdır.
18. 101% prinsipi
Bizim qane olacağımız 1%-i tapmaq və 100% səylərimizi ona yönəltmək gərəkdir.
19. Səbirlilik prinsipi
Digərlər ilə birlikdə səfərə çıxanda həmişə daha asta hərəkət etməli olursan, nəinki təkbaşına.
20. Ortaqlıq prinsipi
Qarşılıqlı münasibətlərin əsl sınağı heç də sizin dostunuz uğursuzluğa düçar olarkən ona nə qədər sadiq olmağınızla bəlli olmur, əsas onun uğur qazanması zamanı bizim nə qədər güclü sevinməyimiz, onun sevincinə şərik olmağımızdır.
21. Dostluq prinsipi
Digər şərtlər bərabər olduqda, insanlar onlara daha çox xoş gələn insanlar ilə işləməyə can atacaqlar; digərr şərtlər qeyri-bərabər olduqda, onlar yenə də belə edəcəklər.
22. Əməkdaşlıq prinsipi
Birgə əmək birgə qələbə şanslarını artırır.
23. Məmnunluq prinsipi
Qarşılıqlı münasibətlər gözəl olduqda, insanlara həzz almaq üçün sadəcə birlikdə olmaq kifayət edər.