33 C
Baku
Saturday, July 19, 2025

Həyatın qızıl qaydaları

Qarşılıqlı münasibət qaydası: Başqalarının səhvlərini mühakimə etmədən öncə, ilk olaraq özünüzə diqqət edin. Başqasına palçıq atanın əlləri təmiz qalmayacaq.

İncimə qaydası: Nədənsə incimiş insan başqalarını da incidir.

Yüksək pillə qaydası: Biz digər insanlara bizimlə davranılandan daha yaxşı davranmağa başladıqda ən yüksək pilləyə nail oluruq.

Bumeranq qaydası: Biz digər insanlara kömək etdikdə, əslində özümüz özümüzə kömək edirik.

Çəkic qaydası: Həmsöhbətinizin alnındakı ağcaqanadı öldürmək üçün heç vaxt çəkicdən istifadə etməyin.

Mübadilə qaydası: Ətrafınızdakı insanlara həddlərini bildirmək əvəzinə özünüzü onların yerinə qoyun.

Öyrənmək qaydası: Qarşılaşdığımız hər bir insan potensial olaraq sizə nəisə yeni bir şey öyrətmək imkanına malikdir.

Karizma qaydası: İnsanlar onunla maraqlanan insanlara maraq göstərirlər.

10 ballıq qayda: İnsanların yaxşı keyfiyyətlərinə inanmaq onların öz yaxşı keyfiyyətlərinin yaranmasına səbəb olur.

Situasiya qaydası: Heç vaxt icazə verməyin ki, situasiya sizin üçün qarşılıqlı münasibətdən daha vacib olsun.

Bob qaydası: Əgər Bobun hər kəslə problemi varsa, adətən burada əsas problem elə Bobun özü olur.

Səngər qaydası: Müharibəyə hazırlaşanda özün üçün elə səngər qaz ki, orada dostuna da yer olsun.

Təsərrüfat qaydası: Bütün qarşılıqlı münasibətləri becərmək mümkündür və lazımdır.

101 faiz qaydası: Razı olduğumuz 1 faizi tapmaq və öz səylərimizin 100 faizini ona yönəltmək.

Səbr qaydası: Başqaları ilə səyahət etmək tək səyahət etməkdən daha ləngdir. Uzağa getmək istəyirsənsə – birlikdə gedin, yox əgər sürətli getmək istəyirsənsə tək get.

Qəpiyin hər iki üzü qaydası: Qarşılıqlı münasibətlərdə əsl sınaq dostlarımızın uğursuzluqla nəticələndiyi vaxt bizim dostlarımıza qarşı nə qədər vəfalı olduğumuzla bitmir. Həmçinin bura onların uğur qazandıqlarında bizim nə dərəcədə sevindiyimiz də daxildir.

Əməkdaşlıq qaydası: Birgə iş birlikdə qazanılan qələbənin mümkünlüyünü artırır.

Son xəbərlər
Digər xəbərlər