1. Güzgü prinsipi. Digərlərini mühakimə etməmişdən öncə, özünüzə diqqət yetirməniz lazımdır.
2. Ağrı prinsipi. Küskün insan ətrafdakıları da incidir.
3. İrəli aparan yol prinsipi. Biz o zaman daha yüksək mərhələyə keçirik ki, insanlara onların bizə davrandığından daha yaxşı davranırıq.
4. Bumeranq prinsipi. İnsanlara kömək etdikdə, özümüzə kömək etmiş oluruq.
5. Çəkic prinsipi. Heç vaxt müsahibinizin alnındakı milçəyi öldürmək üçün çəkicdən istifadə etməyin.
6. Yalan prinsipi. Digərlərini öz yerində oturtmaq əvəzinə, ilk növbədə özümüzü onların yerinə qoymalıyıq.
7. Öyrənmək prinsipi. Rastlaşdığımız hər bir insan, potensial olaraq bizə nə isə öyrətmək iqtidarındadır.
8. Xarizma prinsipi. İnsanlar onunla maraqlanan insanlara qarşı maraq duyurlar.
9. 10 bal prinsipi. İnsanların yaxşı keyfiyyətlərinə inam hissi şəxsin özündə yaxşı keyfiyyətlərin yaranmasına səbəb olur.
10. Daş qaya prinsipi. Etibar – istənilən qarşılıqlı münasibətin təməlidir.
11. Lift prinsipi. Qarşılıqlı münasibətlər prosesində biz kimlərisə yüksəldə, kimlərisə alçalda bilərik.
12. Situasiya prinsipi. Heç vaxt imkan verməyin ki, hər hansı situasiya sizə qarşılıqlı münasibətdən daha çox məna kəsb etsin.