31 C
Baku
Wednesday, July 3, 2024

Həyatın yaşam sığortası 75% artıb

Bu ilin yanvar-iyun aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 3,55 dəfə artaraq 8 milyon manatı keçib.

Banker.az Dövlət Sığorta Maliyyə Nazirliyi Nəzarəti xidmətinə istinadən xəbər verir ki, artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,2 dəfə artaraq 395 min manata çatıb.

Həyatın yaşam sığortası üzrə yığımlar 75% artaraq 29 milyon manat, tibbi sığorta üzrə yığımlar 5,4% artaraq 42,6 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 7,1% artaraq 18,9 milyon manat, daşınmaz əmlakın icbari sığortası 29% artaraq 8,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 25% artaraq 222 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 22,7% artaraq 83,7 min manat təşkil edib.

İlin 1-ci yarısında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 100% azalıb. Azalmanın dinamikasına görə 2-ci yeri isə yük daşıyanın mülki məsuliyyətinin sığortası tutub. Bu sığorta növü üzrə yığımlar 6,65 dəfə azalaraq 935 manata düşüb.

Son xəbərlər
Digər xəbərlər