Azərbaycanda həyatın yaşam sığortasının (HYS) yığımlarının 2023-cü ilin ilk iki ayında kəskin yüksəlsə də, xərclər onların qazancına xeyli təsir edib.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin fevralı üçün sığorta sinifləri üzrə statistik rəqəmlərinə istinad edir.
Belə ki, sığorta şirkətləri ilin ilk iki ayında 64 milyon 933.87 min manat həcmində HYS üzrə sığorta haqqı yığıblar. Bu da illik müqayisədə 41%-lik yüksəliş trendidir.
HYS üzrə ödənişlərin həcmi isə illik müqayisədə 4 dəfə artaraq 37 milyon 348.93 min manat təşkil edib.
Yanvar-fevral üzrə sığorta yığımları ilə sığorta xərcləri arasında fərq 27 milyon 584.94 min manat təşkil edib. Öncəki ilin müvafiq aylarında sığorta şirkətlərin bu biznes üzrə qazancı 36 milyon 829.33 min manat idi.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında ümumi həyat sığortası üzrə 69 milyon 634.5 min manat yığım, 37 milyon 517.2 min manat isə ödənişlər olub. Həyat sığortası Azərbaycanın sığorta sektorunun ötən il 36% olduğu halda, bu il 41%-ə yüksəlib.
Həyatın yaşam sığortası sığortalıya müqavilə müddətinin sonunda və ya sığortalının ölümündən sonra nominal dəyəri ödəyən həyat sığortasının bir növüdür.
Həyatın yaşam sığortası, min manatla:
Sığorta haqqları | Sığorta ödənişləri | Fərq | |
yan 2022 | 22,694.46 | 4,581.25 | 18,113.22 |
fev 2022 | 46,183.67 | 9,354.34 | 36,829.33 |
mar 2022 | 80,697.02 | 15,984.47 | 64,712.55 |
apr 2022 | 136,694.31 | 29,132.59 | 107,561.72 |
may 2022 | 164,810.08 | 49,286.60 | 115,523.48 |
iyn 2022 | 191,585.13 | 81,272.69 | 110,312.43 |
iyl 2022 | 232,489.71 | 130,339.95 | 102,149.76 |
avq 2022 | 263,969.87 | 155,445.64 | 108,524.23 |
sen 2022 | 294,363.25 | 173,867.74 | 120,495.51 |
okt 2022 | 327,112.11 | 197,402.21 | 129,709.89 |
noy 2022 | 359,275.30 | 225,664.29 | 133,611.01 |
dek 2022 | 396,687.23 | 242,078.28 | 154,608.95 |
yan 2023 | 32,304.25 | 19,572.75 | 12,731.50 |
fev 2023 | 64,933.87 | 37,348.93 | 27,584.94 |