18 C
Baku
Monday, September 16, 2024

Həyatın yaşam sığortasına yatırımlar 100 milyon manata yaxın artıb

Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 32.4% artıb.

Banker.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 389 milyon 781 min manata çatıb.

Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 95 milyon 418 min manat artıb. Belə ki, 2022-ci ilin 9 ayında həyat sığorta şirkətləri 294 milyon 363 min manat sığorta haqqı toplaya bilmişdi.

2023-cü ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 26% artaraq 219 milyon 343 min manata çatıb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 173 milyon 868 min manat təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər