18 C
Baku
Tuesday, June 24, 2025

Həyatın yaşam sığortasına yatırımlar 350 milyon manatı ötüb

Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 18% artıb.

Banker.az xəbər verir ki, bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 353 milyon 385 min manata çatıb.

Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 54 milyon 257 min manat artıb. Belə ki, 2024-cü ilin 5 ayında həyat sığorta şirkətləri 299 milyon 128 min manat sığorta haqqı toplaya bilmişdi.

2025-ci ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 20% artaraq 201 milyon 5 min manata çatıb. 2024-cü ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 167 milyon 865 min manat təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər