Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 18.4% artıb.
Banker.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 447 milyon 608 min manata çatıb.
Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 69 milyon 489 min manat artıb. Belə ki, 2024-cü ilin 7 ayında həyat sığorta şirkətləri 378 milyon 119 min manat sığorta haqqı toplaya bilmişdi.
2025-ci ilin yanvar-iyul aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 27% artaraq 369 milyon 570 min manata çatıb. 2024-cü ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 291 milyon 984 min manat təşkil etmişdi.