“Bazar ertəsindən etibarən yeni həyata başlayacam, trenajor zalına gedəcəm, yoqa ilə məşğul olacam, özümə masaj edəcəm ….” – bizlərdən hər birimiz qarşımıza belə məqsədlər qoyuruq, lakin daha sonra yerinə yetirmirik. Bu məqsədləri növbəti aylara, növbəti ilə təxirə salırıq. Bunların hamısı birdən-birə çox şey etmək istəməyimizə və özümüzü bu planlarla həddindən artıq yükləməyimizə görə baş vermirmi?!
Bəzən biz həvəslə hər hansı bir planımızı yerinə yetirməyə başlayırıq. Lakin məsələn həftədə 3 dəfə trenajor zalında idmanla bir neçə saat məşğul olduqdan sonra biz bu məşğuliyyəti uzun müddətlik tərk edirik. Niyə görə bu baş verir? Çünki yük həddindən artıq böyükdür, buna görə də davamlı olaraq bunu təkrar etmək artıq bezdirici hal alır və məqsəd tamamlanmamış qalır.
Kaizen metodikası yaxud 1 dəqiqə prinsipi
“Kaizen” adlı yapon metodikası mövcuddur və onun əsasında 1 dəqiqə prinsipi durur. Bu metodikanın əsas prinsipi ondan ibarətdir ki, insan hər gün eyni dəqiqədə müəyyən olunmuş eyni bir işlə məşğul olur. Zamanın bir dəqiqəsi çox kiçikdir və bu da o deməkdir ki, bu istənilən insan üçün bir işi yerinə yetirmək üçün çox asandır. Burada tənbəllik yolunuzun önündə durmayacaq. Müxtəlif bəhanələrlə yarım saat ərzində görmədiyiniz işləri artıq rahatlıqla bir dəqiqə ərzində yerinə yetirəcəksiniz.
Zaman bir dəqiqə ilə məhdudlaşdırıldıqda hər hansı bir işi yerinə yetirmək sizə çətin gəlməyəcək. Əksinə, bu sizə məmnunluq və sevinc gətirəcək. Kiçik addımlarla hərəkət etdikdə isə siz böyük nəticələrə nail olursunuz.
Bu da vacibdir ki, siz əminsizlik hissinə qalib gəlir, günah və köməksizlik hissindən azad olur, uğur və qələbəni hiss edirsiniz. Uğur hissi ilə ilhamlanaraq siz daima bir dəqiqəlik məşğuliyyətinizi beş dəqiqəyə qədər artırırsınız. Sonra hiss etmədən artıq yarım saatlıq məşğuliyyətlərə doğru irəliləmiş olacaqsınız. İrəliləyiş var!
Kaizen Yaponiyada yaranıb. Bu mürəkkəb sözdür və “kai” (dəyişiklik) və “zen” (hikmət) sözlərinin birləşməsindən ibarətdir. Bu menecment konsepsiyasının müəllifi Masaaki İmaidir. O hesab edir ki, kaizen – həm şəxsi həyatda, həm də biznesdə tətbiq ediləcək əsl fəlsəfədir.
Geriyə sadəcə ehtiyaclarınızı müəyyən etmək və “Kaizen” metodikasını praktikada tətbiq etmək qalır.