23 C
Baku
Friday, April 19, 2024

Həyatınızı dəyişdirəcək “Yarım saat” nəzəriyyəsi

Məqsədlərə çatmağın bu yolu çox sadə görünsə də, həqiqətən nəticə verir. 

Əzmkarlığı heç nə əvəz edə bilməz: nə istedad – istedadlı luzerlərdən (uğursuz insanlar) daha adi bir şey yoxdur, nə dahi – dahi luzerlər artıq atalar sözünə daxil olublar, nə də təhsil – dünya təhsilli luzerlərlə doludur. Güc əzm və inadkarlıqdadır. Bəşəriyyətin problemlərini “Hərkət et / təslim olma” şüarı həll edir. 

Məndən bütün uğursuzluqların əsas səbəbinin nə olduğunu soruşsanız, cavabım bu olar: səbrin olmaması. Reallıq budur ki, uğur vaxt tələb edir. Böyük uğur isə çox vaxt tələb edir. Riçard Brenson bir gecədə milyonçu olmamışdı, Madonna bir gündə pop səhnənin kraliçası kimi oyanmamışdı, Devid Bekhem isə bir neçə məşqdən sonra super futbolçuya çevrilməmişdi. 

Bu nəzəriyyənin mahiyyəti nədən ibarətdir?

Hər gün yarım saat vaxıtnızı hansısa fəaliyyətə həsr etməyə çalışın və sonra inkişaf etdikcə məşğuliyyətinizi mürəkkəbləşdirin. Bu metodun üstünlüyü ondan ibarətdir ki, o tamamilə hər bir kəsə uyğundur və asanlıqla istənilən qrafikə daxil edilə bilər. 

Bu, hər gün yarım saatınızı kitab oxumağa sərf edəcəyinizin mənasını verə bilər. Cəfəngiyyatdır, elə deyilmi? Lakin bununla bir il ərzində təxminən 24 kitab oxumuş olacaqsınız. 

Gündə yarım saat xarici dil öyrənməyə və ya digər faydalı bacarıqlar qazanmağa həsr edə bilərsiniz. Nəticədə, ilin sonuna bu tam altı həftəlik kurslara bərabər olacaqdır! Pis deyil, hə?

Yarım saat çox deyil. Bu, bir fincan qəhvə içməyə və ya elektron poçtda bir-iki məktubu oxumağa sərf etdiyiniz vaxta bərabərdir. Eyni zamanda, bu yarım saat bütün həyatı dəyişə bilər, əgər onu qəhvə və ya elektron məktublara deyil, təkmilləşməyə və özünü realizəyə sərf etsəniz. 

Sizcə, nəyə görə insanların çoxu bu reseptən istifadə etmir? Cavab çox sadədir – onu sadəcə bilmək kifayət etmir, real addımlar atmaq lazımdır. 

“Yarım saat” nəzəriyyəsindən necə istifadə etmək lazımdır?

Müasir dövrdə insanların xəyallara və ehtiyaclara diqqət yetirməyə, inkişaf etməyə və öyrənməyə vaxtları yoxdur – onların həyatlarının tempi o qədər yüksəkdir ki, dayanmaq olmaz. Buna baxmayaraq, karyera və ya digər işlərə zərər vermədən gündə yarım saat ayırmaq qeyri-mümkün məsələ deyil. 

Sizi maraqlandıran hər hansı bir məsələdə dərin biliklər əldə edin, yeni ixtisaslar öyrənin, təcrübə qazanın. Altı aydan sonra seçdiyiniz istiqamətdə məlumatlı olacaqsınız, bir və ya iki il sonra isə mütəxəssisə çevriləcəksiniz. 

Məqsədinizə çatmaq üçün gündə cəmi yarım saatdan istifadə edin. Roman yazın, kunq-fu öyrənin, nadir balıqlar yetişdirin, yarış maşınınızı yığın. Vaxtın olmaması səbəbindən daima sonraya saxladığınız işi edin. 

Altı aydan sonra geriyə baxın və harada başladığınızı xatırlayın. Gündə 30 dəqiqə ilə səyahətinizdə nə qədər irəliləməyinizə heyran olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər