2026-cı ildə əsas hədəf “Həzi Aslanov” stansiyasında dalan yolunun tikinti-quraşdırma işlərini sentyabr ayında, yeni tədris ili başlamazdan əvvəl başa çatdırmaqdır.
bu barədə bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla əlaqədar olaraq “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında tətbiq olunan məkik hərəkəti ləğv ediləcək və qatarların hərəkəti əvvəlki qaydada bərpa olunacaq.







