21 C
Baku
Monday, April 29, 2024

Hacı Hacıağa Dadaşov – kimdir?

Doğum yeri: Bakı, Azərbaycan

Vəfat yeri: Bakı, Azərbaycan

Övladları: Yusif ağa və Əliabbas ağa

 

Hacı Hacıağa Dadaşov — gildiyaçı tacir, milyonçu idi.

1876-cı ildə Azərbaycan tacirləri üçün birinci və ikinci dərəcəli tacirlik dərəcəsi təyin edildikdə bu rütbəni Bakıda ilk dəfə Hacı Hacıağa almışdı.

Hacı Hacıağa ancaq öz fərasəti, işgüzarlığı, tədbirliliyi nəticəsində qısa müddətdə milyonçu səviyyəsinə yüksəlmişdi.  Onun neft mədənləri demək olar ki, olmayıb. Bütün meylini ancaq mülk tikdirməyə və dəniz ticarəti ilə məşğul olmaq üçün gəmilər inşa etdirməyə salıb.

Bakı şəhərində 40-dək mülkü və Xəzər dənizində çoxlu gəmiləri olmuşdur. Gəmiçiliklə ticarətindən çoxlu gəlirlər əldə etmişdi. BütünYaxın və Uzaq şərq ölkələri ilə ticarət əlaqəsi vardı.

Təbiətcə xəsis olsa da xeyriyyə işlərinə yaxından köməyi olub. Şəhərə su kəmərinin çəkilişində onun da payı vardı. Qatı dindardı.

Rus imperatoru III Aleksandrın tacqoyma mərasimində iştirak edib. Çar tərəfindən mülki müşavir (statski sovetnik) rütbəsinə layıq görülmüşdür. Uzun müddət Bakı Dumasının qlasnısı (nümayəndəsi) olub.

İki oğlu vardı: Yusifağa və Əliabbasağa. O, hələ sağlığında Yusifağanı özünə varis təyin etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər