15 C
Baku
Saturday, October 19, 2024

Hacı İbrahim: “Xəzər adaları”nın tikintisi dayandırılmayacaq

“Dalbadal sürpriz açılışlar edəcəyik”.

Bu layihəni başlatmışamsa, təbii ki, davam etdirəcəm. Bu layihə dünyaca məşhurdur və Azərbaycanın adıdır.

Bu layihəyə nə qədər investisiya qoyanlar və qoymaq istəyənlər var. Layihəni dayandırsam, həm mənim üçün, həm də Azərbaycan üçün biabırçılıq olar. Bu layihəni dayandırmaq olmaz.

Oxu.Az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında “Xəzər Adaları” layihəsini həyata keçirən “Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli bildirib.

Bir müddət əvvəl Beynəlxalq Banka olan kredit borclarına görə saxlanılan İbrahim Nehrəmli qeyd edib ki, indi hər şey yavaş-yavaş qaydasına düşür.

“Heç bir problem yoxdur. İnşallah, Avropa Oyunları başa çatandan sonra gələn ay böyük bir təqdimat keçirəcəyik. İki ay dalbadal sürpriz açılışlar edəcəyik”.

Son xəbərlər
Digər xəbərlər