5 C
Baku
Friday, February 23, 2024

Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalının ümumi dəyəri 3 dəfə artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində 118 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə təxminən 3.1 dəfə çoxdur.

Bununla da, Sənaye Məhəlləsində məhsul istehsalının ümumi dəyəri 162 milyon manatı keçib.

İndiyə qədər sahibkarlar Sənaye Məhəlləsinə 45.6 milyon manat investisiya yatırıb, 220-dən çox daimi iş yeri yaradıb, mövcud layihələr üzrə əlavə 119 milyon manat investisiya yatırmağı, əlavə 1 500-dən artıq daimi iş yeri yaratmağı planlaşdırılır.

Sənaye Məhəlləsində ümumi investisiya dəyəri 164.5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib, bunun 9-u fəaliyyətə başlayıb.

Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, nəqliyyat vasitələri üçün əyləc bəndlərinin, istilik izolyasiya məhsullarının, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.

Hacıqabul Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər