“AGAS Group” MMC Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyası (GES) quracaq.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatında bildirilib.
Məlumata görə, müəssisəyə Parkda rezidentlik verilib. Bununla da rezidentlərin sayı 12-yə çatıb.
Layihənin həyata keçirilməsi ilə Parkın enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək. Rezidenti 1,4 milyon manatdan çox investisiya yatıracaq, 5 nəfər daimi işlə təmin olunacaq.
Xatırladaq ki, ötən ilin avqust ayında İZİA ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group”un direktoru İlkin Quliyev imzalayıblar.