12 C
Baku
Friday, March 14, 2025

Hacıqabul Sənaye Parkında yeni rezident qeydə alınıb

“Bərəkət-İ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət Parkda tikinti və avtomobil sənayesində istifadə ediləcək izolyasiya məhsullarının istehsalını həyata keçiləcək.

Cənubi Koreyanın qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 4,1 milyon m² izolyasiya məhsulu istehsal olunacaq.

İnvestisiya dəyəri 3,5 milyon manatdan çox olan layihə çərçivəsində 13 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

2026-cı ildə fəaliyyətə başlayacaq müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər