10 C
Baku
Thursday, December 26, 2024

Hacıqabulda “Minik avtomobillərinin istehsalı” layihəsinin detalları açıqlanıb

Azərbaycan və Özbəkistanın İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində reallaşdırmaq istədiyi “Minik avtomobillərinin istehsalı” layihəsinin detalları açıqlanıb.

Layihəni Özbəkistan vətəndaşı Otabek Salıyevin rəhbərlik etdiyi “Azərmaş CP” icra edəcək.

88 milyon manat investisiya qoyulması planlaşdırılan istehsal xətti gələn ilin may ayında istismara verilməlidir. Burada ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistan texnologiyaları əsasında ildə 30 min minik avtomobili istehsal olunacaq. Ərazisi 16 hektar, istehsal sahəsi isə 31 min kvadratmetr olacaq zavodda 1 200 nəfər işlə təmin ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər