9 C
Baku
Friday, December 13, 2024

Hackerlər, antipirat təhlükəsizlik sisteminin istehsalını şirkətin saytını hack etdilər

DRM təhlükəsizlik sistemlərinin hazırlanması ilə məşğul olan Avstraliyanın “Denuvo Software” şirkəti öz müştərilərinin qarşısındakı nüfuzunu itirir.

Belə ki, əgər əvvəllər Denuvo sistemli olan oyunlar aylarla, hətta sındırılmamış vəziyyətdə belə qalırdılarsa, indi bu sistemli oyunların piratçılar tərəfindən sındırılması bir neçə gün ərzində baş verir. Şirkət üçün olan növbəti zərbə isə hackerlərin, şirətin rəsmi saytını hack etmək oldu. Nəticədə hackerlər bir çox açıq faylları saytdan oğurlayıblar. Məlum olub ki, hackerlərin saytı hack etməsində ən böyük günah şirkətə sahibdir. Belə ki, saytın bağlı bölmələri bütün istifadəçilərin istifadəsi üçün aktiv şəkilə gətirilib.

Oğurlanmış bir çox fayllar işlək fayllardır. Lakin oğurlanmış fayllardan diqqəti ən çox cəlb edəni isə Ajay.log adlı mətn faylıdır. Məlumata əsasən həmin faylın daxilində şirkət işçilərinin elektron ünvanları və son 3 ildə rallaşdırılmış elektron məktublar var. Maraqlısı ondadır ki, bir çox məktublar, sözügedənDRM təhlükəsizlik sistemindən narazı olan oyunçular tərəfindən göndərilmişdir.

Son xəbərlər
Digər xəbərlər