Kibercinayətkarlar vətəndaşların bank rekvizitlərini, marşrutizatorları və modemləri qıraraq almağı öyrəniblər. Bu barədə məlumat Radware şirkətinin araşdırmasında bildirilir.
Hackerlər tərəfindən ələ keçirilmiş avadanlıq istifadəçilərə saxta bank saytlarını göndərir, burada istifadəçilər öz şəxsi məlumatlarını yazaraq sayta girirlər. Beləliklə, istifadəçilər mövcud rəsmi saytlarda olduqlarına əmin olurlar. Ancaq sistem belə bir zamanlarda qorunmayan bir əlaqə barəsində xəbərdarlıq edir, lakin əksəriyyət buna diqqət yetirmir. İnformasiya toplayaraq, hakerlər vətəndaşların hesablarına daxil olur və pullarını oğurlayırlar.
Ekspertlər, ümumi DLink cihazlarında zəiflik tapıblar. Hazırda ekspertlər Brazilya banklarına hücumlar qeydə alıblar, amma eyni hərəkətlər hər hansı bir ölkədə həyata keçirilə bilər.