15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Hadı Rəcəblinin qardaşına vəzifə verildi

Screen Shot 2021 09 02 at 14.34.20

Maliyyə Nazirliyi tərəfindən Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi ləğv edilib.

Maliyyə Nazirliyinən verilən məlumata görə, nazir Samir Şərifovun müvafiq əmri ilə Dövlət Xəzinədarlıq Agentliyinin 17 26 saylı Regional Xəzinədarlıq İdarələri yaradılıb. İyulun 22-də isə həmin idarəyə rəis təyinatı ilə bağlı əmr verilib.

Əmrə əsasən İqbal Rəcəbli 24 saylı Regional Xəzinədarlıq İdarəsinə rəis təyin edilib.

Bildirilib ki, yeni yaradılan Regional Xəzinədarlıq İdarəsinə Lənkəran, Lerik və Astara rayonları daxildir.

Xatırladaq ki, İqbal Rəcəbli bundan əvvəl ləğv edilmiş Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi olub.

Qeyd edək ki, Regional Xəzinədarlıq İdarəsinin rəisi İqbal Rəcəbli Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşıdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Modern.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər