Hadrut qəsəbəsində xarici su təchizatı, tullantı su şəbəkəsi və qurğuların tikintisi layihəsi həyata keçiriləcək.
Banker.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən icra olunacaq layihənin podratçısı “Protean Construction” Açıq Səhmdar Cəmiyyəti seçilib.
Layihənin ümumi dəyəri 6 819 159 manat təşkil edir.






