8 C
Baku
Sunday, November 17, 2024

Hadrutda və Tuğda torpaq işlərinə başlanılacaq

Yaxın günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində torpaq işlərinə başlanılacaq.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” mövzusunda panel müzakirələrində bildirib.

“Hazırda layihələndirmə prosesi gedir. Növbəti mərhələdə kommunikasiya xətlərinin qurulması, evlərin inşası həyata keçiriləcək. Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində də işlər davam etdirilir. Talışda 20 fərdi ev bərpa olunub, ailələr köçürülüb. II fazada 158 fərdi evin inşası nəzərdə tutulub. Suqovuşanda isə 5 ədəd beşmərtəbəli yaşayış binasının inşasına başlanıb və gələn ilin yay aylarında istifadəyə veriləcək”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər