12 C
Baku
Monday, November 25, 2024

“Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı”

“Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır”.

Bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar”.

Prezident İlham Əliyev qeyd edib ki, müharibə dövründə Ermənistanın rəsmi orqanları çoxsaylı yalan məlumatlar yayıb: “Onların Müdafiə Nazirliyindən, – yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, – o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı”.

Son xəbərlər
Digər xəbərlər