Hafiz Məcid oğlu Məmmədov (d. 2 dekabr 1964) — “Bakı” futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti.
2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı Institutunu mühasib ixtisası ilə bitirib.
1985-86-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışıb.
1987-88-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləyib.
1988-92-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləyib.
1992-95-ci illərdə “Sənan” kiçik müəssisəsində baş menecer, 1995-97-ci illərdə “Alfa plyus” Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə “Baghlan Traiding” şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir.
2001-ci ildən “Baghlan General Traiding” MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlayıb.
2003- cü ildən bu günədək “Baghlan Group FZCO”-nun prezidenti vəzifəsində çalışır.
2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.
Rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir 3 övladı var.
2004-cü ilin noyabr ayından etibarən Bakı futbol klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Baghlan Group FZCO-nun prezidentidir.