Haiti prezidentinin qətlində iştirak edən şəxslər müəyyənləşdirilib

Haitinin hüquq-mühafizə orqanları prezident Jovenel Moizin qətlində 28 şübhəlinin şəxsiyyətini müəyyənləşdirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onlardan 26 nəfərin Kolumbiya, 2 nəfərin isə Haiti vətəndaşı olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, prezidentin qətlində şübhəli bilinən altı nəfər saxlanılıb, yeddi nəfər isə polis əməliyyatları zamanı öldürülüb. Xatırladaq ki, 7 iyul gecəsi Haiti prezidenti Jovenel Moiz naməlum şəxslərin iqamətgahına hücumu zamanı ölümcül yaralanıb.

Hadisə ilə əlaqədar Baş nazir vəzifəsini icra edən Klod Cozef respublika ərazisində hərbi vəziyyət tətbiq edib. Qeyd edək ki, yeni prezident seçilənə qədər ölkəyə o rəhbərlik edəcək.

Haitidə prezident və parlament seçkiləri 26 sentyabr tarixinə planlaşdırılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.