Düz bir il əvvəl Haitidə dağıdıcı zəlzələ baş vermişdi.
2021-ci il avqustun 14-də 7.2 bal gücündə zəlzələ Amerikanın ən yoxsul ölkəsinin cənub-şərqini silkələdi və 2200-dən çox insanın həyatına son qoydu.
Zəlzələnin təxminən 800 min qurbanı 12 aydan sonra öz həyatlarını bərpa etməyə hələ də səy göstərdiyi bir vaxtda ölkə siyasi qeyri-sabitlik, terror, aclığın şiddətlənməsi kimi çoxsaylı böhrana məruz qalmaqda davam edir.
“Save the Children” beynəlxalq təşkilatının məlumatına görə, 4.5 milyon haitili ərzaq təhlükəsizliyinin yoxluğundan əziyyət çəkir ki, bu da zəlzələyə qədər olduğundan 100 min nəfər çoxdur. Sərt aclıq xüsusilə uşaqlara öz təsirini göstərib.
Ölkə keçid hökuməti, mövcud olmayan parlament və fəaliyyət göstərməyən ədalət məhkəməsi təsisatları ilə bağlı siyasi böhranla da üz-üzədir.