10 C
Baku
Wednesday, December 11, 2024

Hakan Fidan: Azərbaycanın Ermənistanla münasibətləri normallaşarsa, Türkiyənin də münasibətləri normallaşacaq

Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini, suverenliyini tam bərqərar etməsini hər zaman dəstəkləyib.

Bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

“İndi bir sülh sazişi ilə bölgədə rifah və inkişaf başlamalıdır. Biz artıq bölgədə savaşa, qarşıdurmaya yer olmadığını düşünürük. Türkiyə iki ölkə arasında barış danışıqlarını hər haman dəstəkləyir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını hər zaman dəstəkləyir”, – Türkiyə XİN başçısı qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər