25 C
Baku
Saturday, July 27, 2024

Hakan Fidan sabah Rusiyaya səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan sabah, avqustun 31-də Cənubi Qafqaz və Ukraynanı müzakirə edəcəklər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla regional məsələləri müzakirə edəcəklər.

M.Zaxarova həmçinin bildirib ki, nazirlər energetika sahəsində əməkdaşlığı da müzakirə edəcək, eyni zamanda ölkə liderlərinin ikitərəfli təmaslarının qrafikini hazırlayacaqlar.

Qeyd edək ki, H.Fidan sabah Rusiyaya gedəcək. Bu onun nazir təyin olunandan sonra Rusiyaya səfəri olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər