“Türkiyə xarici işlər naziri Hakan Fidan yaxın günlərdə Rusiyaya gedə bilər”.
Bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, həmin görüş zamanı xüsusilə “Taxıl sazişi” müzakirə olunacaq:
“Fürsət olsa mən də həmkarım Vladimir Putinlə görüşəcəm. Üz-üzə görüşmək çox vacibdir. Belə olarsa, müsbət nəticə əldə etmək olar”.