8 C
Baku
Monday, November 18, 2024

Haker bir milyard çinlinin məlumatlarını 10 bitkoinə satır

İyunun 30-da ChinaDan ləqəbli istifadəçi “Breach Forums” haker forumunda Çin vətəndaşlarının məlumat bazasını ələ keçirdikdən sonra 10 bitkoinə (təxminən 200 min dollar) satmağı təklif edən mesaj yerləşdirib.

Banker.az bu barədə “VC.ru”ya istindən xəbər verir.

ChinaDan bildirib ki, arxivə adlar, ünvanlar, doğum yerləri, telefon nömrələri, milli identifikatorlar və vətəndaşların cinayət işləri haqqında məlumatlar daxildir. Arxivin həqiqiliyinə dair heç bir təsdiq yoxdur, lakin əgər bu realdırsa, hadisə Çin tarixində ən böyük məlumat pozuntusu olacaq.

“Binance”ın CEO-su Zhao Changpeng tvit yazıb ki, şirkət Asiya ölkəsinin birinin bir milyard sakini haqqında məlumatın sızdığını aşkarlayıb və bununla əlaqədar istifadəçilərin təhlükəsizliyini daha da gücləndirib.

Son xəbərlər
Digər xəbərlər