23 C
Baku
Friday, April 19, 2024

Hakerlər 5 milyon müştərinin ödəniş məlumatlarını oğurlayıb

Cinayətkarlar bu haqda şəbəkədə elan edib və məlumatları satışa çıxarıblar

Hakerlər ABŞ-ın tanınmış Saks Fifth Avenue və Lord & Taylor mağazalarının müştərilərinin kredit və debet kartlarının nömrələrini qeyri-qanuni olaraq əldə ediblər. Bu haqda The New-York Times xəbər verib.

Məlumat rəsmi olaraq təsdiqlənib. ABŞ-da bu ticarət şəbəkələrinin sahibi Hudson’s Bay Kanada korporasiyası şəxsi məlumatlara hücum və onların oğurlanması haqda məlumat verib. Lakin şirkət neçə mağazanın zərər çəkməsi və əslində nə qədər müştərinin məlumatlarının oğurlanmasına dair məlumatları açıqlamaqdan imtina edib.

Oğurlanmış maliyyə məlumatlarının araşdırılması ilə məşğul olan Gemini Advisory şirkəti, cinayətin özlərini Fin7 və ya JokerStash adlandıran Rumıniya hakerlərı tərəfindən törədildiyini bildirib.

Virtual cinayətkarlar qrupu şəbəkədə Amerika mağazalarının müştəriləri olan beş milyon insanın ödəniş məlumatlarını ələ keçirdiklərinə dair məlumat yayıblar. Digər ticarət şəbəkələrinin sistemlərini sındıran hakerlər 125 min istifadəçinin ödəniş rekvizitlərini satışa çıxarıblar.

Son xəbərlər
Digər xəbərlər