28 C
Baku
Saturday, July 27, 2024

Hakerlər Azərbaycan banklarının müştərilərini saxta məktublar vasitəsilə qarət edirlər

“Bu statusu paylaşın”.

Fevralın 15-də xəbər vermişdik ki, ən azı bir bank tarixdə miqyaslı haker hücumuna məruz qalıb, nəticədə cinayətkarlar ümumilikdə bir milyarddan artıq pul oğurlayıblar.

Oxu.az saytının verdiyi məlumata görə, dünən Facebook sosial şəbəkəsində Azərbaycanın iri banklarından olan AGBank-ın müştərisi  belə bir informasiya yayıb.

“Əziz dostlar, müştərilər və əməkdaşlar. Dünən hakerlərin banklardan birinin hesablarını sındırdıqları barədə xəbər yayılıb və nəticədə böyük məbləğdə pul oğurlanıb. Bu gün tanışlardan birinə AGBank adından məktub gəlib, bu məktubda hansısa əməliyyatın aparıldığı göstərilir və istifadəçiyə adı və şifrəni yazaraq daxil olmaq üçün link verilib.

Məktub anlaşılmaz bir ünvandan gəlir, məktubun içində Bankın loqotipi var. Çox xahiş edirik AGBank-dan və ya digər Azərbaycan bankından göndərilmiş bu qəbildən olan məktubları açmayın. Yalnız bankların rəsmi elektron ünvanlarından gələn məktubları açın. Məsələn, AGBank-ın rəsmi domeni @agbank.az-dır.

Bütün dostlardan xahiş edirəm bu statusu paylaşın ki, bizim və ya digər bankların müştərilərini bu fırıldaqdan qoruyaq. Fırıldaqçıdan gələn məktubun nümunəsi əlavədə təqdim edilib”, – məlumatda yazılıb.

Xatırladaq ki, bütün qarət hadisələrində hakerlər eyni ssenari üzrə hərəkət edirlər.

Öncə onlar yüzlərlə bank işçisinin ünvanına Carbank zərərli proqramlı məktublar göndərirlər, bununla inzibati sistemə zərər vurmaq istəyirlər.

Daha sonra proqram zədələnmiş kompüterlərin ekranlarını çəkir və klaviaturada düymələrin basılmasını yazır, bu hakerlərə bir sıra bank əməliyyatlarını öyrənməyə imkan verir. Bununla yanaşı bu proqram bank işçilərinin kompüterini məsafədən idarə etməyə imkan verir.

Əldə olunan məlumatlardan istifadə edərək cinayətkarlar pulları xarici hesablara köçürürdülər.

xaker2

Son xəbərlər
Digər xəbərlər