30 C
Baku
Thursday, May 30, 2024

Hakerlər müflis olan birjadan $415 milyon oğurlayıblar

Müflis olmuş kriptovalyuta birjası FTX təxminən 415 milyon dollar vəsaitinin hakerlər tərəfindən oğurlandığını elan edib.

Şirkətin hüquqşünaslarının təqdim etdikləri hesabatda qeyd olunur ki, 323 milyon dollarlıq kriptovalyuta FTX-nin beynəlxalq birjasından, 90 milyon dollar isə ABŞ birjasından oğurlanıb.

Bundan əlavə, daha iki milyon dollar vəsait kripto-mərkəzli hedcinq fondu olan “Alameda Research”ün hesabından çıxarılıb.

Ehtimal olunur ki, oğurluq 2022-ci ilin noyabrında, birjanın çökməsindən sonra baş verib.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər