18 C
Baku
Tuesday, April 30, 2024

Hansı ölkələrə haker hücümları daha çox olur?- Araşdırma

Haker hücumları ən çox Çin, İran, Şimali Koreya və Rusiyadan həyata keçirilir. Asiya-Sakit okean bölgəsi 2019-cu ilin ikinci yarısında və 2020-ci ilin birinci yarısında ən çox hücum edilən yer olub.

Banker.az Beynəlxalq Group-IB şirkətinin Hi Tech Crime Trends 2020 hesabatına əsasən məlumat verir ki, “Kəşfiyyat xidmətlərinin kiber qarşıdurma xəritəsində ən çox qrup Çində – 23, İranda – səkkiz qrup, Şimali Koreya və Rusiyada – hər biri dörd qrup, Hindistanda – üç qrup, Pakistan və Qəzza zolağında – hər biri iki qrupda cəmlənmişdir. Anti-reytinqin sonunda Vyetnam, Türkiyə və Cənubi Koreya var- hər ölkədə bir qrup ” deyə sənəddə bildirilib.

Asiya-Sakit okean bölgəsi Çin, Şimali Koreya, İran və Pakistandan hökumət tərəfdarı qrupların hücumuna məruz qalır (ümumilikdə 34 kampaniya). Sonra Avropa ölkələri var, Çin, Pakistan, Rusiya və İrandan (22 şirkət) hakerlər tərəfindən hücum edilib. Yaxın Şərq və Afrika hücumlara həssaslıq baxımından üçüncü yerdədir (İran, Pakistan, Türkiyə, Çin və Qəzzadan 18 kampaniya).

Məqalədə qeyd olunur ki, Rusiya və ABŞ-a hücum ehtimalı ən azdı. Beləliklə, ABŞ-da 15, Rusiyada isə 9 kampaniya həyata keçirilib. Çindən olan qruplar tərəfindən Şimali Koreya və İrana hücum edildib.

Rusiyada bir hücum Qazaxıstan xüsusi xidmət orqanları tərəfindən, ABŞ-da isə Qəzza zolağından və Pakistandan qeydə alınıb.

Bundan əvvəl Group-IB, pandemiya dövründə rəqəmsallaşmanın cinayətin əsas tendensiyasına çevrildiyini bildirmişdi. Narkotiklərin, silahların və saxta qiymətli kağızların satışı internetə köçürülmüşdü.

Son xəbərlər
 ⁠
Digər xəbərlər