22 C
Baku
Tuesday, September 2, 2025

Hakerlər avqust ayında 163 mln. dollar dəyərində kriptovalyuta oğurlayıblar

Avqust ayında 16 böyük müdaxilə nəticəsində hakerlər 163 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar. Daha əvvəlki ay bu məbləğ 142 milyon dollar olub.

Bu barədə “PeckShield” analitikləri məlumat yayıblar.

İtkilərə görə birinci yerdə bitkoinlərin naməlum sahibi olub. O, 91 milyon dollardan (783 BTC) məhrum olub.

İkinci yerdə Türkiyənin kriptovalyuta birjası “BTCTurk” gəlir. Ondan təxminən 50 milyon dollar dəyərində kriptovalyuta çıxarılıb.

İlk üçlüyü isə yeddi milyon dollar ziyanla “OdinFun” platforması tamamlayır.

“TRM Labs” analitiklərinin hesablamalarına görə, 2025-ci ilin birinci yarısında azı 75 müxtəlif müdaxilə və eksployt nəticəsində dəyəri 2,1 milyard dollardan çox olan kriptovalyuta oğurlanıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər